Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Gənclər arasında “Xəmsə” Milli İntellektual Oyunu üzrə rayon çempionatı keçirilib

28 yanvar 2022 | 16:00

28 yanvar 2022-ci il tarixdə Qəbələ Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “2 fevral – Azərbaycan Gəncləri günü”nün təsis edilməsinin 25 illiyinə həsr edilmiş “Xəmsə” Milli İntellektual Oyunu üzrə gənclər arasında rayon çempionatı keçirilmişdir. Tədbirdə çıxış edən rayon Gənclər və İdman İdarəsinin rəisi Fəxri Soltanov iştirakçıları salamlayaraq bayram münasibətilə onları təbrik etmiş, cənab Prezident İlham Əliyevin gənc nəslə xüsusi diqqətindən, onlara göstərilən qayğıdan və respublikada dövlət gənclər siyasətinin uğurlu inkişafından danışmışdır. Yaşı 14-dən 17-dək olan gənclərdən ibarət 8 komandanın iştirak etdiyi yarışda Qəbələ şəhər 1 saylı tam orta məktəbin komandası I yer, Nohurqışlaq kənd tam orta məktəbin komandası II yer və Vəndam qəsəbə 1 saylı tam orta məktəbin komandası III yerə çıxmışdır. Qalib komandalara rayon Gənclər və İdman İdarəsinin kubok və diplomları təqdim edilmişdir.

Keçidlər