Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə “2 fevral Azərbaycan Gəncləri günü” münasibətilə tədbir keçirilib

02 fevral 2022 | 02:00

Qəbələ Rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə “2 fevral - Azərbaycan Gəncləri Günü”nün təsis edilməsinin 25 illiyi münasibətilə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Gənclik yeni zəfərlərə doğru” mövzusunda tədbir keçirmişdir. Tədbirdə məruzə ilə çıxış edən Gənclər və İdman İdarəsinin rəisi Fəxri Soltanov  müasir iqtisadi-siyasi, mədəni həyatımızın, müstəqil dövlətimizin daha da çiçəklənməsi üçün sağlam, müstəqil düşüncəyə malik olan, kreativ düşüncəli gənclərin yetişdiyini qeyd etmiş, 2021-ci ildə görülmüş işlər və qarşıda duran vəzifələr barədə məlumat vermişdir. Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini Ətayə Osmanova çıxış edərək Azərbaycanda dövlət gənclər siyasətinin Ümummilli Lider Heydər Əliyev tərəfindən təməli qoyulduğunu və bu günkü bayramın Ulu öndər tərəfindən gənclərə ərmağan olduğunu bildirmiş, möhtərəm Prezidentimizin Azərbaycan gəncliyinə göstərdiyi qayğı və diqqətdən, aparılan sistemli işdən, inkişafın yeni hədəflərinin müəyyən edildiyindən bəhs etmişdir. Tədbirdə digər çıxış edənlər Azərbaycanda gənclər siyasətinin bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyindən və həyata keçirilən möhtəşəm layihələrdən danışmışlar. Tədbirin sonunda bir qrup Vətən Müharibəsi qazisi fəxri-fərman və xatirə hədiyyələrlə mükafatlandırılmışlar.

Keçidlər