Qəbələdə şəhidlərin xatirəsini əbədiləşdirmək məqsədilə bulaq kompleksi inşa edilib
Qəbələ rayonunun Aydınqışlaq kəndində Birinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalmış şəhidlərin xatirəsini əbədiləşdirmək məqsədilə inşa edilmiş bulaq kompleksinin açılışı olub. Açılış tədbirində rayon icra hakimiyyətinin, təhsil şöbəsinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin əməkdaşları, şəhidlərin ailə üzvləri və təhsil aldıqları məktəbin kollektivi iştirak ediblər. Tədbir iştirakçıları tərəfindən əvvəlcə Aydınqışlaq kənd məzarlığında birinci Qarabağ müharibəsi şəhidlərinin məzarları ziyarət edilmiş, üzərinə gül dəstələri qoyularaq, xatirələri ehtiramla yad edilmiş, ruhlarına dualar oxunmuşdur. Bulaq kompleksinin açılış tədbirində çıxış edənlər 2020-ci il sentyabrın 27-də başlanan və Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində qazanılan qələbənin tarixi əhəmiyyətindən, şəhidlərin şərəfli döyüş yollarından danışmış və onların xatirələrinin heç bir zaman unudulmayacağını vurğulamışlar. Sonda məktəblilərin ifasında hərbi vətənpərvərlik mövzusunda şeirlər səslənmiş və flaşmob nümayiş etdirilmişdir. Birinci Qarabağ müharibəsi şəhidlərinin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.