Qəbələdə əhalinin vaksin olunma prosesi davam edir
09 fevral 2022 | 02:00
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVİD-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq əhalinin peyvənd olunması prosesi Qəbələdə də uğurla davam etdirilir. Əhalinin peyvəndlənməsi Modul Tipli Xəstəxanada və xüsusi olaraq ayrılmış məntəqələrdə həyata keçirilir. Qəbələ sakinləri dünyanı bürümüş bu təhlükəli infeksiyadan qurtulmağın yeganə yolunun peyvənd olduğunu bildirərək, özlərinin, doğmalarının sağlamlığının qorunması üçün vaxt itirmədən peyvənd olunur və bu şəraiti xalqımız üçün yaratdığına görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirirlər.