Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

YAP Qəbələ Rayon Təşkilatının sədri ictimaiyyət nümayəndələrinə təqdim edilmişdir

10 fevral 2022 | 16:00

10 fevral 2022-ci il tarixdə Qəbələ Mədəniyyət Mərkəzində Yeni Azərbaycan Partiyası Qəbələ rayon təşkilatının yeni təyin edilmiş sədrinin təqdimatı keçirilib. Təqdimat mərasimində  rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilat rəhbərləri, ictimaiyyət nümayandələri və partiya fəalları iştirak etmişlər. Tədbir iştirakçıları öncə Yeni Azərbaycan Partiyasının qurucusu, Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzmüş, Ümummilli Liderin xatirəsini böyük ehtiramla yad etmişlər. Tədbiri giriş sözü ilə açan Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev Yeni Azərbaycan Partiyasının bu gün ölkəmizdə ən güclü və nüfuzlu siyasi qüvvəyə çevrildiyini, öz ətrafında cəmiyyətin ən intellektual təbəqələrini birləşdirdiyini qeyd etmişdir. RİH-nin başçısı partiyanın yeni Nizamnaməsinin tələblərinə uyğun olaraq YAP İdarə Heyətinin 28 yanvar 2022-ci il tarixli qərarına əsasən partiyanın yerli təşkilatlarına sədrlər təyin olunduğunu bildirərək YAP Qəbələ Rayon Təşkilatının sədri Ağasəfov Abil Adil oğlunu ictimaiyyətə təqdim etmişdir. Tədbirdə çıxış edən partiya fəalları YAP Qəbələ Rayon Təşkilatının yaranma tarixindən danışmış, təşkilatın sədri təyin olunması münasibətilə Abil Ağasəfovu təbrik etmişlər. YAP Qəbələ Rayon Təşkilatına sədr təyin olunmuş Abil Ağasəfov göstərilən etimada görə ölkə başçısına və YAP rəhbərliyinə təşəkkürünü bildirərək, bundan sonra da Azərbaycan xalqına, dövlətinə və dövlətçiliyinə sədaqətlə xidmət edəcəyini qeyd etmişdir. Yekunda səmərəli fəaliyyətinə görə RİH başçısı Abil Ağasəfova rayon icra hakimiyyətinin Fəxri Fərmanını təqdim etmiş və bundan sonrakı fəaliyyətində ona uğurlar arzulamışdır.

 

Keçidlər