Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətinin yaranmasının ildönümü qeyd edilmişdir

12 fevral 2022 | 16:00

Qəbələdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının onuncu ildönümü münasibəti ilə Qəbələ Rayon İcra Hakimiyyətinin, rayon hüquq mühafizə orqanlarının, YAP Qəbələ Rayon Təşkilatının nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ Rayon Şöbəsinin şəxsi heyəti Ulu Öndər Heydər Əliyevin abidəsni ziyarət etmiş, önünə gül dəstələri düzərək dahi şəxsiyyətin xatirəsinə öz ehtiramlarını bilmişlər. Sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin əməkdaşları Qəbələ Rayon Şəhidlər Xiyabanı kompleksini ziyarət etmişlər.

Keçidlər