Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə koronavirus (COVİD-19) pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində reydlər davam edir

17 fevral 2022 | 02:00

Koronavirus (COVİD-19) pandemiyasının yayılması əleyhinə əhali arasında maarifləndirmə işlərinin aparılması məqsədilə rayon icra hakimiyyətində yaradılmış mobil qrup üzvləri tərəfindən rayon ərazisində mütəmadi reydlər keçirilir. Reydlər zamanı sakinlərlə ictimai və qapalı yerlərdə sosial məsafənin gözlənilməsi, tibbi maskalardan, dezinfeksiyaedici məhlullardan istifadənin, sanitar-gigiyena qaydalarına riayət etməyin, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkəmizdə həyata keçirilən vaksinləşmə prosesindən kənarda qalmamanın vacibliyinə dair geniş təbliğat-izahat və maarifləndirmə işləri aparılır. Həmçinin əhaliyə Fevralın 15-dən etibarən Nazirlər Kabinetinin Qərarına əsasən COVID-19-a qarşı peyvəndin 2-ci dozasının üzərindən 6 ay keçmiş şəxslərin “Peyvənd sertifikatı”nın etibarlı hesab olunmadığı izah edilmiş, “Peyvənd sertifikatı” tələb olunan sahələrdə çalışan və bir sıra iş və xidmət sahələrinin fəaliyyətindən istifadə edən yaşı 18-dən yuxarı şəxslərin peyvəndin 2-ci dozasından üzərindən 6 ay sonra mütləq “buster”  doza ilə peyvəndlənməsi tövsiyə olunmuşdur.

Keçidlər