Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinə medallar təqdim edilmişdir
16 fevral 2022-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamları ilə Vətən müharibəsində göstərdikləri igidliyə görə təltif edilmiş Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinə medalların təqdim olunması ilə bağlı Səfərbərlik və Hərbi çağırış üzrə Dövlət Xidmətinin Qəbələ rayon şöbəsində tədbir keçirilmişdir. Tədbirdə Vətən müharibəsi zamanı hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət göstərmiş, vəzifə borcunu, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş rayonumuzdan olan şəhidlərin ailə üzvlərinə medallar təqdim olunmuşdur. Rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev çıxış edərək Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan Qələbədən danışmış, 44 günlük savaşda qazandığımız tarixi nailiyyətlərə görə Ali Baş Komandana, onun rəhbərliyi altında bizləri Qələbə ilə sevindirən Azərbaycan Ordusunun əsgər və zabitlərinə, hərbçilərimizə, Vətən uğrunda sağlamlığını itirən qeyrətli, cəsur qazilərimizə, canından keçən şəhidlərimizə bir ömür boyu borclu olduğumuzu qeyd etmiş, şəhidlərə Allahdan rəhmət, onların valideyinlərinə səbr, qazilərə can sağlığı arzulamışdır. Tədbirdə iştirak edən şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.