Vətən müharibəsində göstərdikləri igidliyə görə Qəbələ rayonundan olan qazilərə medallar təqdim edilmişdir
16 fevral 2022-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ rayon şöbəsində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamları ilə Vətən müharibəsində göstərdikləri igidliyə görə təltif edilmiş Qəbələ rayonundan olan qazilərə medalların təqdim olunması ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə rayon icra hakimiyyətinin və Dövlət Xidmətinin Qəbələ rayon şöbəsinin nümayəndələri tərəfindən Vətən müharibəsi zamanı hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət göstərmiş, vəzifə borcunu, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş Vətən müharibəsi qazilərinə medallar təqdim olunmuşdur. Qazilər onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.