27 sentyabr “Anım günü” ərəfəsində şəhid ailələri və müharibə əlilləri evlərində ziyarət edilmişdir
25 sentyabr 2024 | 16:11
Qəbələ Rayon İcra Hakimiyyətinin nümayəndələri tərəfindən 27 sentyabr “Anım günü” ərəfəsində ölkəmizin ərazi bütövlüyü, suverenliyi və tarixi torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə canlarından keçmiş şəhid ailələri və müharibə əlilləri evlərində ziyarət edilmişdir. Ziyarətçilər şəhidlərimizin əziz xatirəsinin xalqımız tərəfindən hər zaman əziz tutulduğunu, şəhid ailələrinin və müharibə əlillərinin daim dövlətimizin diqqət mərkəzində saxlanıldığı qeyd etmiş, ailələrin problemləri ilə maraqlanmışlar. Şəhidlərin ailə üzvləri və müharibə əlilləri onlara göstərilən yüksək diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını ifadə etmişlər.