27 sentyabr “Anım günü” ərəfəsində şəhid ailələri və qazilər evlərində ziyarət edilmişdir.
20 sentyabr 2023 | 17:16
20 sentyabr 2023-ci il tarixdə Qəbələ rayon icra hakimiyyətinin, idarə, müəssisə, eləcə də qeyri-hökümət təşkilatlarının məsul nümayəndələri tərəfindən 27 sentyabr “Anım günü” ərəfəsində şəhid ailələri və müharibə iştirakçıları evlərində ziyarət edilmişdir. Ziyarətçilər şəhidlərimizin əziz xatirəsinin xalqımız tərəfindən hər zaman əziz tutulduğunu, şəhid ailələrinin, qazilərin daim dövlətimizin diqqət mərkəzində saxlanıldığını qeyd etmiş, ailələrin problemləri ilə maraqlanmışlar. Şəhidlərin ailə üzvləri və qazilər göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.