Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-01-02: 204-19-55

“27 Sentyabr - Anım Günü” ilə bağlı tədbir keçirilib.

26 sentyabr 2025 | 17:56

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “27 Sentyabr - Anım Günü” ilə bağlı tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbirdə çıxış edənlər “27 Sentyabr - Anım Günü”nün xalqımızın tarixində xüsusi yer tutduğunu, Vətənimizin ərazi bütövlüyü və müstəqilliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin ən yüksək ehtiramla yad olunduğunu vurğulamış, regionda sülhün bərqərar olması istiqamətində atılan addımlardan söz açaraq, avqustun 8-də Azərbaycanla Ermənistan arasında Vaşinqtonda sülh sazişin paraflanmasının bölgə üçün tarixi əhəmiyyət daşıdığını qeyd etmiş, Azərbaycanın irəli sürdüyü sülh təşəbbüsləri təkcə iki ölkənin deyil, bütövlükdə regionun firavan gələcəyinə xidmət etməsini vurğulamışlar. Tədbirdə ordunun rəşadəti, xalq və dövlətin birliyi ilə 44 gün davam edən İkinci Qarabağ müharibəsində qazanılan Zəfərin Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri olduğu xüsusi vurğulanıb. Həmçinin 44 günlük Vətən müharibəsində şanlı tarix yazan oğullarımızın, şəhidlərimizin, qazilərimizin döyüş yolundan söz açılaraq bu gün hər kəsin onlarla fəxr etdiyi, qürur duyduğu qeyd edilimişdir. Sonda “27 Sentyabr - Anım günü”nü özündə əks etdirən video-çarxl izlənilmiş, tələbələrin ifasında şeir kompozisiyaları səsləndirilmişdir.

Keçidlər