27 sentyabr – Anım günü ilə əlaqədar Qəbələ rayonunda ağacəkmə aksiyası davam etdirilir
25 sentyabr 2026 | 12:14
Aksiya çərçivəsində 15 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin Yenikənd meşəbəyliyində 200 ədəd çinar tingi, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində və Qəbələ Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsdə 50 ədəd meyvə ağacları əkilmişdir.













