Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Ümumi təhsil müəssisələrində peşəyönümü xidmətinin təşkili” mövzusunda infotur keçirilmişdir

19 fevral 2022 | 16:00

18 fevral 2022 –ci il tarixdə Azərbaycan Respublikasının Təhsil İnstitutunun təlimçisi və ümumtəhsil məktəblərinin müəllimlərinin iştirakı ilə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin ərazisində infotur təşkil olunmuşdur. Tədbirdə Təhsil Mərkəzi haqqında ətraflı məlumat verilmişdir. İştirakçılar həm turizm, həm də aqrar sahə və iqtisadiyyatın digər sahələri üzrə kadrlar hazırlanması prosesilə əyani tanış olmuş, “Mehmanxana və restoran işinin təşkili və idarə edilməsi”, “Aşpaz”, “Qənnadçı-şirniyyatçı”, “Dülgər”, “Qaynaqçı”, “Tikişci”, “Xalçaçı” və digər ixtisasların istehsalat-təlim dərslərinə baxış keçirmişlər. İnfoturda iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.

Keçidlər