Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qəbələ nümayəndəliyi 2 yaşında

20 fevral 2022 | 04:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 1 oktyabr 2019-cu il tarixli 1454 nömrəli Sərəncamına əsasən, Azərbaycan Respublikasının şəhər və rayonlarında yaşayan gənc vətəndaşların dövlət gənclər siyasətinin tələblərinə uyğun şəkildə hərtərəfli inkişafının təmin olunması, habelə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsini gənc nəslin daha dərindən mənimsəməsi işinə töhfə verilməsi məqsədilə ölkənin şəhər və rayonlarında fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərində Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümyəndəliklərinin yaradılması və fəaliyyətinin təmin edilməsi qərara alınıb. Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Qəbələ nümayəndəliyi 20 fevral 2020-ci il tarixindən fəaliyyətə başlayıb. Nümayəndəlik artıq iki ildir ki, Qəbələ gəncləri üçün faydalı olmağa çalışır. Bu dövr ərzində 450-dən çox müxtəlif istiqamətlərdə fəaliyyət, tədbir və layihələr icra etmiş, 2 il müdətində keçirilən fəaliyyətlərə 5000-dən çox  gənc cəlb edilmişdir.

Keçidlər