Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ rayonunda reydlər davam etdirilir

21 fevral 2022 | 16:00

Əhali arasında maarifləndirmə işlərinin aparılması məqsədilə yaradılmış mobil qruplar tərəfindən şəhərin ayrı-ayrı yaşayış məhəllələrində, həmçinin rayonun qəsəbə və kəndlərində mütəmadi olaraq izahetmə-xəbərdarlıq işləri aparılır, ticarət, iaşə və digər obyektlərdə reydlər keçirilir. 21 fevral 2022-ci il tarixdə keçirilən reydlər zamanı sakinlərlə qapalı məkanlarda sosial  məsafənin gözlənilməsi, tibbi maskalardan və dezinfeksiyaedici məhlullardan istifadə, sanitar-gigiyena qaydalarına riayət etməyin vacibliyi barədə maarifləndirmə işləri aparılmış, obyektlərin sahiblərinə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyyələrinə ciddi əməl etmələri baradə müvafiq tapşırıqlar verilmiş və vaksinasiya olunmağın vacibliyi bir daha vətəndaşların diqqətinə çatdırılmışdır.

Keçidlər