Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Yaponiyanın Azərbaycandakı səfiri Qəbələ rayonuna səfər etmişdir

23 fevral 2022 | 16:00

23 fevral 2022-ci il tarixdə Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vada Cuniçi Qəbələyə səfər etmişdir. Səfir Vada Cuniçi və onun başçılıq etdiyi nümayəndə heyətinin rayon icra hakimiyyətinin başçısı Səbuhi Abudllayevlə görüşü zamanı Yaponiya və Azərbaycan arasında son illər iqtisadi əlaqələrin daha da genişlənməsindən bəhs edilmişdir. İcra başçısı  Qəbələ rayonu, rayonun sosial-iqtisadi göstəriciləri haqqında geniş məlumat vermiş və təməli ulu öndər  Heydər Əliyev tərəfindən qoyulan, bu gün isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən  sosial-iqtisadi inkişafın bariz nümunəsinin Qəbələ rayonunun timsalında daha aydın göründüyünü, rayonda yaradılan yeni istehsal müəssisələrinin, sənaye və turizm obyektlərinin Qəbələnin iqtisadi inkişaf dinamikasının artmasında müstəsna rol oynadığını qeyd etmiş və hələ 2006-cı ildə Yaponiyanın Azərbaycandakı səfirliyinin xətti ilə 280 yerlik Uludaş kəndində, 2007-ci ildə 240 yerlik Kötüklü kəndində tam orta məktəbin tikilib istifadəyə verilməsi ilə iki ölkə arasında olan əlaqələrin daha da möhkəmləndiyini nümayəndə heyətinin diqqətinə çatdırmışdır. Yaponiya və Azərbaycan arasında diplomatik əlaqələrin yaranmasının 30-cu ildönümü münasibətilə 2022-ci ilin “Dostluq ili” adlandırıldığını vurğulayan səfir Qəbələ rayonunda aparılan abadlıq-quruculuq işlərini yüksək qiymətləndirmiş, sosial-iqtisadi sahənin inkişafı istiqamətində rayona uğurlar arzulamışdır.
Səfər çərçivəsində səfir Vada Cuniçi və onun başçılıq etdiyi nümayəndə heyəti Qəbələ “Gilan Qida Şəhərciyi”ni, “ASPİ Agro” MMC-nin “Savalan” üzüm emalı və şərab istehsalı müəssisəsini, Qəbələ Farel damazlıq təsərrüfatını, Çuxur Qəbələ Dövlət Tarix Bədii qoruğunu, Nic qəsəbəsində yerləşən “Müqəddəs Məryəm Ana” (Bulun) alban kilsəsini ziyarət etmiş, turizm infrastrukturu ilə tanış olmuşdur.

Keçidlər