Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Xocalı soqırımı-qan yaddaşımız” adlı inşa-yazı müsabiqəsi keçirilib

25 fevral 2022 | 02:00

24 fevral 2022-ci il tarixdə Qəbələ Rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı və Rayon Təhsil şöbəsinin dəstəyi ilə “Xocalı soyqırımının 30-cu ildönümü”nə həsr edilmiş məktəblilər arasında keçirilən “Xocalı soqırımı-qan yaddaşımız” adlı inşa-yazı müsabiqəsinin mükafatlanma mərasimi keçirilmişdir. Tədbiri giriş sözü ilə Rayon Gənclər və İdman idarəsinin rəisi Fəxri Soltanov açaraq iştirakçıları salamlamış və Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə çıxış edənlər Xocalı faciəsi XX əsrin ən dəhşətli və ən qəddarcasına törədilmiş Xatın, Xirosima faciələri ilə eyni səviyyədə duran təkçə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə insanlıq əleyhinə törədilmiş bir soyqırım olduğunu qeyd etmişdir. İnşa yazı müsabiqəsinin yekunlarına əsasən Qəbələ şəhər 3 saylı tam orta məktəbin şagirdi Azərin Səlimova I yer, Qəbələ şəhər 5 saylı tam orta məktəbin şagirdi Dibər Xəlilova və Vəndam qəsəbə 2 saylı tam orta məktəbin şagirdi Azərin Muradxan II yer, Zarağan kənd 1 saylı tam orta məktəbin şagirdi Xədicə Musrafayeva, Nohurqışlaq kənd tam orta məktəbin şagirdi Fatimə Hafizova və Vəndam qəsəbə 1 saylı tam orta məktəbin şagirdi Güllər Bağırova III yerə layiq görülmüşlər. Qaliblər Gənclər və İdman İdarəsinin diplom və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.

 

 

Keçidlər