“Xocalıya Ədalət” adlı tədbir keçirilib
24 fevral 2022-ci il tarixdə Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin və rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə şəhər 2 saylı tam orta məktəbdə “Xocalıya Ədalət ”adlı tədbir keçirilib.Tədbirdə Qəbələ UADM-nin əməkdaşları, mərkəzin könüllüləri, 2 saylı tam orta məktəbin müəllim və şagirdləri iştirak etmişlər. Öncə Xocalı faciəsində həlak olan şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. Çıxış edənlər Azərbaycan tarixində ən dəhşətli və faciəli səhifələrdən biri olduğunu, günahsız mülki insanların qəddarlıqla qətlə yetirildiyini qeyd etmiş, bu hadisələrin ulu öndər Heydər Əliyevin həkimiyyətə gəlişindən sonra öz tarixi qiymətini aldığını vurğulamışlar.
Sonda şagirdlərin ifasında Xocalı soyqırımına həsr edilmiş şerlər səsləndirilmiş, səhnəciklər göstərilmiş, Xocalı soyqırımına aid video rolik nümayiş etdirilmişdir.