“Susdurulmuş haray, susdurulmuş şəhər” adlı tədbir-sərgi keçirilib
24 fevral 2022-ci il tarixində Qəbələ Dövlət Rəsm Qalereyasının təşkilatıçılığı ilə keçirilən Xocalı faciəsinin 30-cu ildönümü ilə əlaqədar “Susdurulmuş haray, susdurulmuş şəhər” adlı tədbirdə Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edənlər tarixin ən qəddar cinayəti hesab edilən Xocalı faciəsində törədilən vəhşilikləri, soyqırım məqsədilə törədilən və kütləvi insan qırğını ilə nəticələnən hərəkətləri kəskin pislədilər. Sonra Qəbələ rayonunda müvəqqəti yerləşmiş Şuşa rayon 24 nömrəli ümumi orta məktəbin şagirdlərinin ifasında ədəbi – bədii kompozisiya dinlənilmiş və rəsm dərnəyi üzvlərinin rəsmlərindən ibarət sərgiyə baxış keçirilmişdir. Sonda Qalereyanın əməkdaşları Qəbələ şəhidlər xiyabanı kompleksini ziyarət etmişlər.