Gənclərin İnkişaf və Karyera Mərkəzi Xocalı soyqırımının 30-cu il dönümü ilə əlaqədar tədbir keçirilib
26 fevral 2022 | 01:00
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qəbələ nümayəndəliyi və Qəbələ Regional "ASAN xidmət" mərkəzinin birgə əməkdaşlığı ilə Xocalı soyqırımının 30-cu il dönümü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə nümayəndəliyin, Qəbələ Regional ASAN xidmət mərkəzinin əməkdaşları, könüllülər və Vətən müharibəsinin qaziləri iştirak etmişlər. Tədbir iştirakçıları tərəfindən soyqırım qurbanlarının xatirəsi böyük ehtiramla anılmış, onların qisasının 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz tərəfindən qəhrəmanlıqla alındığı qeyd edilmişdir. Sonda "İrəli" İctimai Birliyi tərəfindən çəkilmiş "25 Böyüməyən uşaq" filmi izlənilmişdir.