Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Xocalı qətliamı Azərbaycan tarixinin faciəvi səhifələrindən biridir” adlı tədbir keçirilib

26 fevral 2022 | 02:00

Qəbələ Dövlət Tarix-Bədii Qoruğu və Qəbələ Arxeoloji Mərkəzinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş “Xocalı  qətliamı Azərbaycan tarixinin faciəvi səhifələrindən biridir” başlığı altında tədbir keçirilimişdir. Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ Rayon Şöbəsininəməkdaşları, rayonumuzda müvəqqəti məskunlaşmış Xocalı şəhərindən olan məcburi köçkünlər, Ə.Məmmədov adına Çuxur Qəbələ kənd tam orta məktəbinin müəllim-şagird kollektivi  iştirak etmişlər. Öncə Xocalı qətliamı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Qəbələ Dövlət Tarix-Bədii Qoruğunun direktoru Zahir Kərimov çıxış edərək Xocalı soyqırımının dinc əhaliyə qarşı törədilmiş cinayətlərinin ən dəhşətlisi olduğunu, 30 illik işğaldan sonra, 2020-ci ildə 44 günlük müharibədə Azərbaycan Respublikası Prezidenti, müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan ordusu tərəfindən aparılan uğurlu döyüş əməliyyatları nəticəsində torpaqlarımızın işğaldan azad olunaraq tarixi ədalətin bərpa olunduğunu diqqətə çatdırmışdır. Tədbirdə çıxış edənlər Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən tanınmasında Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyətinin danılmaz olduğunu vurğulamışlar. Sonda məktəblilərin ifasında vətənə, qələbəyə həsr olunmuş şeirlər səslənmiş və Xocalı soyqırımına aid film nümayiş olunmuşdur.

 

Keçidlər