Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Xocalı-Bir millətin kədəri” adlı filminə baxış keçirilmişdir

26 fevral 2022 | 03:00

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində tələbə, mühəndis - pedaqoji heyətin iştirakı ilə Xocalı Soyqırımının 30-cu ildönümünə  həsr  olunmuş tədbir keçirilmişdir. İlk öncə tədbir  iştirakçıları  Xocalı faciəsində şəhid olmuş soydaşlarımızın xatirəsini bir  dəqiqəlik sükutla yad etdilər. Mərkəzinin direktoru Qalib Nəbiyev çıxış edərək bildirdi ki, 1992-ci 25 fevraldan  26-sına  keçən  gecə Xocalı Soyqırımı ermənilərin uzun illərdən bəri Azərbaycanda  törətdikləri  cinayətlərdən ən  dəhşətlisi olmuşdur. O, soyqırımı  qurbanlarının  xatirəsinin heç vaxt qəlblərdən  silinməyəcəyini bildirdi, qeyd etdi ki, ümumilli lider Heydər Əliyevin dediyi kimi “Bu amansız və qəddar soyqırım aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu”. Sonda təhsil mərkəzinin tələbələrinin ifasında Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş səhnəcik göstərilmiş və “Xocalı- Bir millətin kədəri” adlı filmə baxış keçirilmişdir.

Keçidlər