“Xocalı soqırımının 30-cu ildönümü”nə həsr edilmiş voleybol üzrə xatirə turniri keçirilib
Qəbələ Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı və Qəbələ Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin dəstəyi ilə Xocalı soyqırımının otuzuncu ildönümünə həsr edilmiş silsilə tədbirlər planına əsasən 25 fevral 2022-ci il tarixdə Qəbələ şəhər 5 saylı tam orta məktəbdə UGİŞM-nin voleybol bölmələri arasında xatirə turniri keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Gənclər və İdman İdarəsinin rəisi Fəxri Soltanov çıxış edərək, Xocalı faciəsinin iki yüz ilə yaxın bir müddətdə erməni şovinist-miilətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsi olduğunu bildirmiş, hətta amansız soyqırım günündə belə xocalılar xalqımızın qəhrəmanlıq tarixinə şərəfli səhifələr yazdığını qeyd etmişdir. Xatirə turnirinin yekun nəticəsinə əsasən UGİŞM-nin Zarağan kənd 2 saylı bölməsi I yeri, Zalam kənd bölməsi II yeri və Kiçik Əmili kənd bölməsi III yeri tutmuşlar. Qaliblərə Rayon Gənclər və İdman İdarəsinin kubok və diplomları təqdim edilmişdir.