Qəbələ rayon Mədəniyyət Mərkəzində "Xocalı - əsrin faciəsi" adlı anım tədbiri keçirilib
26 fevral 2022 | 05:00
25 fevral 2022-ci il tarixində Qəbələ rayon Mədəniyyət Mərkəzində Xocalı soyqırımının 30-cu ildönümünə həsr edilmiş "Xocalı- əsrin faciəsi" adlı anım tədbiri keçirilmişdir. Əvvəlcə tədbir iştirakçıları Xocalı şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Tədbirdə Mədəniyyət Mərkəzinin direktoru Malik Ağayev və başqaları çıxış edərək Xocalı soyqırımının XX əsrin insanlıq əleyhinə yönəlmiş ən amansız cinayətlərindən, ən qəddar terror aktlarından biri olduğunu söyləyiblər. Sonda Mədəniyyət Mərkəzinin əməkdaşlarının ifasında Xocalı soyqırımına həsr edilmiş şeirlərdən ibarət ədəbi-bədii kompozisiya nümayiş olunmuşdur.