Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ rayon ümumtəhsil məktəblərində “Xocalı faciəsi” nin 30-cu ildönümü ilə bağlı silsilə tədbirlər keçirilib

26 fevral 2022 | 06:00

Qəbələ rayon ümumtəhsil məktəblərində “Xocalı  faciəsi” nin 30-cu ildönümü ilə əlaqədar  rəsm və şeir müsabiqələri müxtəlif nominasiyalı idman yarışları, 25.02.2022-ci il tarixində  isə yekun tədbir olaraq Zarağan 2 nömrəli tam orta məktəbdə müəllim və şagirdlərin iştirakı ilə “Xocalı-qan yaddaşımız” adlı dəyirmi masa keçirilib. Tədbirdə iştirak edən Xocalı faciəsinin canlı şahidləri həmin gecə erməni işğalçıları tərəfindən həyata keçirilən terror  aktı haqqında ətraflı məlumatlar verdilər.Təhsil Şöbəsinin müdiri Arifə Bayramova çıxış edərək Xocalı soyqırımının 20-ci əsrin sonunda baş vermiş faciə kimi təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayət olduğunu vurğuladı. Tədbirin sonunda faciəni əks etdirən vidioçarx nümayiş etdirilib.

Keçidlər