Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının Zarağan kəndində vətəndaşlarla səyyar görüş-qəbulu keçirilmişdir

01 mart 2022 | 16:00

1 mart 2022-ci il tarixdə rayonun Zarağan kəndində Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevin səyyar görüş-qəbulu keçirilib. Hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri və kənd ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi tədbirdə rayon icra hakimiyyətinin başçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə vətəndaşlarının rifahının yaxşılaşdırılması ilə bağlı aparılan islahatlardan, sosial-iqtisadi sahədə qazanılan uğurlardan, bölgəyə göstərilən xüsusi diqqət və qayğıdan, rayonumuzda aparılan tikinti-quruculuq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən ətraflı danışmışdır. Yaranan problemlərin vaxtında həlli istiqamətində bütün zəruri addımların atıldığını vurğulayan rayon icra hakimiyyətinin başçısı bütün yaşayış məntəqələrində, eləcə də Zarağan kəndində əhalini narahat edən məsələlərin həlli ilə bağlı həyata keçirilən tədbirlərin, infrastruktur layihələrinin bundan sonra da davam etdiriləcəyi, eyni zamanda rayon ərazisində koronavirus (COVİD-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən edilmiş qaydalara əməl olunmasının vacibliyi bir daha vətəndaşların diqqətinə çatdırılmışdır. Sonra vətəndaşlar dinlənilmişdir. Kənd sakinlərindən Urfan Abdullayev, Lətifə Məmmədova, Yasin Aslanov, Eynulla Cabbarov və başqaları çıxışlarında kəndarası yolların hamarlanması, tibb məntəqəsi üçün müasir tipli yeni bina tikilməsini, yeni artezian quyusunun qazılmasını, işıq dirəklərinin yenisi ilə əvəz olunmasını və sair xahiş etmişlər, əhalinin rifahının yaxşılaşdırılması sahəsində görülən işlərə görə ölkə başçısı cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildirmişlər. Görüş-qəbulda vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bəziləri yerindəcə həll edilmiş, digərlərinin həlli ilə bağlı əlaqədar təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.

Keçidlər