“5 mart-Bədən tərbiyəsi və idman günü”nə həsr edilmiş atletika üzrə rayon birinciliyi keçirilib
04 mart 2022 | 16:00
03 mart 2022-ci il tarixdə Qəbələ Rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı və Rayon Təhsil şöbəsinin dəstəyi ilə Qəbələ Olimpiya İdman Kompleksində “5 mart-Bədən tərbiyəsi və idman günü”nə həsr edilmiş atletika idman növü üzrə rayon birinciliyi keçrilmişdir. Yarış 100 metr və 4x100 metr (estafet) məsafəyə qaçış, top atma növləri üzrə keçirilib. Hər üç mərhələdə qalib gəlmiş komandalara, həmçinin şəxsi birincilikdə fərqlənən idmançılara rayon Gənclər və İdman idarəsinin diplomları təqdim edilmişdir.