Rayonda ət kəsimi və satışı aparılan məntəqələrə baxış keçirilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2014-cü il tarixli “Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncamına uyğun olaraq rayon icra hakimiyyətinin aqrar məsələlər şöbəsi, baytarlıq idarəsi, gigiyena və epidemiologiya mərkəzi inzibati ərazilərdə ət kəsimi satışı ilə məşğul olan məntəqələrə baxış keçirmişlər.
Reyd zamanı ət kəsimi və satışı ilə məşğul olan vətəndaşlara izah edilərək bildirilmişdir ki, yalnız vaxtaşırı tibbi müayinədən keçən, fəaliyyətini davam etdirmək üçün rayon baytarlıq idarəsində qeydiyyata alınan və kəsiləcək heyvanların sağlamlıqlarının müəyyənləşdirilməsi üçün baytar yoxlamalarından keçirilən məntəqələrdə ət kəsiminə icazə veriləcəkdir.
Bu istiqamətdə rayonda ət kəsimi məntəqələrinin fəaliyyətinə mütəmadi olaraq baxış keşirilməsi nəzərdə tutulmuşdur.