Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

"Regionda peşə təhsilinin təbliği" layihəsi çərçivəsində tədbir keçirilib

14 mart 2022 | 16:00

14 mart 2022-ci il tarixində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Sosial İqtisadi İnkişafa Dəstək” İctimai Birliyi tərəfindən həyata keçirilən "Regionda peşə təhsilinin təbliği" layihəsi çərçivəsində Qəbələ şəhər 5 saylı tam orta məktəbində peşə təhsilinin təbliği üzrə tədbir keçirilib. Tədbirdə gənclər, təhsil müəssisəsinin müəllim və şagird heyəti, QHT nümayəndələri, ictimai fəal şəxslər iştirak ediblər. Daha sonra Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinə səfər edilərək, infotur həyata keçirilib. İştirakçılar emalatxanalar, dəzgahlar, sinif otaqları, ümumi olaraq Mərkəzin ərazisi, Təhsil Mərkəzinin maddi-texniki bazası ilə yaxından tanış olublar, master-klasslarda iştirak etdilər, onlar “Aşpaz”, “ Qənnadçı-şirniyyatçı”, “Dülgər”, “Qaynaqçı”, “Tikişci”, “Xalçaçı” və digər ixtisaslar üzrə ətraflı tanış olublar.

Keçidlər