Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Novruz töhfələri” adlı sərgi keçirilmişdir
18.03.2022-ci il tarixdə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Novruz bayramı milli-mənəvi dəyərlərimizdən biridir” mövzusunda keçirilmiş “Novruz töhfələri” adlı sərgidə mərkəzin müəllim, şagird kollektivi və qonaqlar iştirak etmişlər. Tədbirdə çıxış edənlər Azərbaycan xalqının qədim bayramlarından olan Novruzun həmrəylik, dostluq, qardaşlıq bayramı olduğunu bildirmiş, xalqımızın xeyirxahlıq, mehribanlıq və qonaqpərvərlik kimi gözəl hisslərini tərənnüm edən Novruz bayramının respublikamızın hər yerində geniş miqyasda qeyd edildyini vurğulamışlar. Sonda Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin aşbaz, qənnadçı-şirniyatçı, xalçaçı, dərzi, dlgər ixtisasları üzrə təhsil alan tələbələrinin hazırladığı məhsullardan ibarət sərgiyə baxış keçirilmişdir. Sərgidə həmçinin Qəbələ rayon Vəndam qəsəbə 1 saylı tam orta məktəbin Peşə Təmayüllü Dərzi Köməkçisi və İT mütəxəssisi köməkçisi ixtisaslı şagirdlərin hazırladıqları məhsullar da nümayiş etdirmişdir.