Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Nə, harda, nə vaxt?” İntellektual Oyunu üzrə məktəblər arasında rayon birinciliyi keçirilib

31 mart 2022 | 02:00

30 mart 2022-ci il tarixdə Qəbələ Rayon Gənclər və İdman İdarəsi və İsmayıllı İntelektual Oyunlar Klubunun təşkilatçılığı ilə Qəbələ şəhər 1 saylı tam orta məktəbdə “Qalib Gəncliyimizin Zəfər Kuboku“ adlı layihə çərçivəsində “Nə, harda, nə vaxt?” İntellektual Oyunu üzrə gənclər arasında rayon birinciliyi keçirilmişdir. Rayon birinciliyində 10 komandadan ibarət gənclər öz bilik-bacarıqlarını və intellektual səviyyələrini sınamışlar. Yarışın yekununda Məmmədağalı kənd tam orta məktəbin komandası I yer, Mirzəbəyli kənd  tam orta məktəbin komandası II yer və Qəbələ şəhər 1 saylı tam orta məktəbin komandası III yerə çıxmışdır. Qalib komandalara diplomlar təqdim edilmişdir.  1-ci yerin qalibi Məmmədağalı kənd tam orta məktəbin komandası Respublika turuna vəsiqə qazanmışdır.

Keçidlər