Nic qəsəbəsində “Elm günü”nə həsr edilmiş dəyirmi masa keçirilmişdir
31 mart 2022 | 01:00
30 mart 2022-ci il tarixdə Qəbələ Rayon İcra Hakimiyyətinin və AMEA-nin Şəki Regional Elmi Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 9 aprel 2018-ci il tarixli sərəncamı ilə təsdiqlənmiş 27 mart “Azərbaycanda Elm Günü” ilə əlaqədar Nic qəsəbəsində “Dəyirmi masa” təşkil edilmişdir. Şəki Regional Elmi Mərkəzin Tarixi irs və Etnoqrafiya şöbəsinin əməkdaşlarının, alimlərinin və yerli sakinlərin iştirak etdiyi tədbirdə “Albanşünaslıq elmində Udin məsələsi” mövzusu üzrə təqdimat keçirilmişdir. Tədbir sual-cavab şəklində davam etdirilmişdir.