“Yaddaşımızdan silinməyən soyqırım” adlı tədbir keçirilib.
30 mart 2022-ci il tarixində rayon təhsil şöbəsinin və Qəbələ UADM-in təşkilatçılığı ilə Qəbələ şəhər 1 saylı tam orta məktəbində “Yaddaşımızdan silinməyən soyqırım” adlı tədbir keçirilib. Qəbələ UADM-nin əməkdaşları, şəhər 1 saylı tam orta məktəbin müəllim və şagird kollektivinin iştirak etdiyi tədbir şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Çıxış edənlər 31 mart soyqrımı haqqında geniş məlumat verərək bu tarixi vandalizmin köklərinin əvvəlcədən planlaşdırılmış, düşünülmüş bir qətliam olduğunu vurğulamış, 44 günlük Vətən müharibəsində torpaqlarımızın geri alınması ilə şəhidlərimizin qanının yerdə qalmadığını qeyd etmişlər. Tədbirdə şagirdlər vətənpərvərlik mövzusunda şeirlər söyləyib, kompozisiya nümayiş etdirmişlər.