Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Rayonun Tüntül kəndində səyyar qəbul keçirilib

01 aprel 2022 | 10:00

31 mart 2022-ci il tarixdə Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevin Tüntül kənd sakinləri ilə səyyar qəbulu keçirilib. Rayonun hüquq-mühafizə orqanlarının, xidmət sahələri rəhbərlərinin və kənd ictimaiyyəti nümayəndələrinin iştirak etdiyi görüşdə RİH başçısı çıxış edərək Qəbələ rayonunda, elcə də Tüntül kəndində sosial-iqtisadi sahədə görülən işlər barədə ətraflı məlumat vermiş, əhalinin fasiləsiz elektrik enerjisi, təbii qaz və içməli su ilə təchizatı vəziyyətinin, yol infrastrukrurunun yaxşılaşdırılması və aparılan digər abadlıq-quruculuq layihələrindən danışmışdır. Səyyar qəbul zamanı kənd sakinləri tərəfindən qaldırılan məsələlərin həll edilməsi istiqamətində RİH başçısı tərəfindən aidiyyəti üzrə müvafiq tapşırıq və tövsiyyələr verilmişdir. Görüşdə çıxış edən kənd sakinləri onlara göstərilən diqqət və qayğını yüksək qiymətləndirərək ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.

Keçidlər