Yeniyetmələr arasında boks üzrə zona yarışı.
Qəbələ Olimpiya İdman Kompleksində Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Yeniyetmələrin IX Respublika Oyunlarının proqramına daxil olan boks idman növü üzrə 13-14 yaşlı yeniyetmələr arasında zona yarışları keçirilmişdir.
Yarışın keçirilməsində məqsəd respublikada boks idman növünün inkişaf etdirilməsi, yeniyetmələrə sağlam həyat tərzinin aşılanması, onların vətənpərvərlik ruhunda tərbiyəsində bədən tərbiyəsi və idmanın rolunun artırılması, respublikanın bölgələrində bədən tərbiyəsi və idmanın daha da inkişaf etdirilməsi və təbliğ olunması, həmçinin gənclərin idman ustalıqlarının artırılması, yığma komandalara namizədlərin hazırlanması və Olimpiya İdman Komplekslərindən səmərəli istifadə edilməsindən ibarətdir.
Yarışda UGİM, cəmiyyət, klub və Olimpiya İdman Komplekslərinin komandaları iştirak etmişlər. Yarışlar şəxsi xarakter daşıyır. Zona birinciliyində respublikanın 23 şəhər və rayonundan 170-dək boksçu 16 çəki dərəcəsində mübarizə aparmışdır. Yarışın yekun nəticəsinə əsasən hər çəki dərəcəsində I və II yeri tutmuş güləşçilər Balakən rayonunda keçiriləcək final mərhələsinə lisenziya qazanmışlar.