Qəbələnin ümumtəhsil məktəblərində soyqırım qurbanları anılıb
01 aprel 2022 | 08:00
Qəbələ rayon ümumtəhsil məktəblərində "31 Mart Azərbaycanlıların Soyqırımı günü" ilə bağlı silsilə tədbirlər keçirilmişdir. Tədbirlər zamanı 31 mart hadisələri zamanı azərbaycanlıların başına gətirilmiş vəhşiliklər haqqında şagirdlərə geniş məlumat verilərək bu soyqırımın bəşəriyyətə, insanlığa qarşı törədilən erməni vandalizminin təzahürü olduğu izah edilmiş, soyqırım hadisələrinin qurbanlarının xatirəsi böyük ehtiramla anılmışdır. Tədbirlər şagirdlərin ifasında səsləndirilən şeir kompozisiyaları ilə yekunlaşmışdır.