Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Şahin” hərbi-idman oyunu üzrə rayon birinciliyi keçirilib

08 aprel 2022 | 16:00

Qəbələ Rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı və Rayon Təhsil şöbəsinin dəstəyi ilə 08 aprel 2022-ci il tarixdə Qəbələ şəhər 2 saylı tam orta məktəbdə gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsində, onların fiziki hazırlıqlarının artırılmasında, ordu sıralarına hazırlanmasında  mühüm rol oynayan “Şahin” hərbi-idman oyunu üzrə rayon birinciliyi keçirilmişdir. Rayonun tam orta məktəblərinin VIII-X sinif şagirdlərindən ibarət 10 komandanın iştirak etdiyi yarışın yekun nəticəsinə əsasən Qəbələ şəhər 3 saylı tam orta məktəbin komandası I yeri, Zarağan kənd 2 saylı tam orta məktəbin komandası II yeri və Qəbələ şəhər 2 saylı tam orta məktəbin komandası III yeri tutmuşdur. Qalib komandalara Gənclər və İdman idarəsinin diplomları təqdim edilmişdir. Oğuz rayonunda keçiriləcək zona yarışında rayonumuzu Qəbələ şəhər 3 saylı tam orta məktəbin komandası təmsil edəcəkdir.

Keçidlər