Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Vətənin Müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə rayon birinciliyi keçirilib

13 aprel 2022 | 07:00

Qəbələ Rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı və Rayon Təhsil şöbəsinin dəstəyi ilə 12 aprel 2022-ci il tarixdə Qəbələ şəhər 3 saylı tam orta məktəbdə gənclərin hərbi xidmətə  yaz çağrışına həsr edilmiş “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə rayon birinciliyi keçirilmişdir. 100 metr məsafəyə qaçış, turnikdə dartınma və qumbara atma üzrə keçirilən birincilikdə rayonun tam orta məktəblərindən 18 komanda iştirak etmişdir. Yarışın yekun nəticəsinə əsasən Vəndam qəsəbə 1 saylı tam orta məktəbin komandası I, Əmirvan kənd tam orta məktəbin komandası II və Qəbələ şəhər 2 saylı tam orta məktəbin komandası III yeri tutmuşlar. Qalib komandalara Gənclər və İdman idarəsinin diplomları təqdim edilmişdir. Birinci yeri tutmuş Vəndam qəsəbə 1 saylı tam orta məktəbin komandası Respublika çempionatının zona mərhələsində iştirak etməyə vəsiqə qazanmışdır.

Keçidlər