Türkiyə səfirliyinin təhsil üzrə müşaviri və sahibkarlar, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin fəaliyyəti ilə tanış olmuşlar
13 aprel 2022 | 04:00
Türkiyə səfirliyinin təhsil üzrə müşaviri Nihad Büyükbaş, turizm və sənaye sahəsini təmsil edən sahibkarlar, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin fəaliyyəti ilə tanış olmuşlar. Qonaqlara Mərkəzin fəaliyyəti, infrastrukturu, həyata keçirilən layihələr barəsində təqdimat edillmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə, Türkiyə Təhsil Nazirliyi arasında peşə təhsilinin inkişafı istiqamətində imzalanan protokol çərçivəsində görülən işlər barəsində məlumatlar verilmiş, müzakirələr aparılmışdır. Sahibkarlarla birgə əməkdaşlıq istiqamətində əlaqələrin qurulması müzakirə olunmuş, gələcək addımlar müəyyənləşdirilmişdir.