Qəbələdə “Su ehtiyyatlarından səmərəli istifadənin təmin edilməsi” adlı tədbir keçirilmişdir
14 aprel 2022 | 02:00
12 aprel 2022-ci il tarixdə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Azərbaycan Respublikası Ekalogiya və Təbii Sərvətlər Nazirliyi və Qəbələ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Su ehtiyyatlarından səmərəli istifadənin təmin edilməsi” adlı tədbir keçirilmişdir. Azərbaycan Respublikası Ekalogiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının, DAİM-nin, Suvarma Sistemləri İdarəsinin, Sukanal idarəsinin nümayəndələrinin, Bələdiyyə sədrlərinin, İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndələrin iştirak etdiyi tədbirdə Kür çayı və onun qolları üzrə su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin alınması ilə bağlı məlumatlar verilmişdir.