Heydər Əliyev Mərkəzində Xocalı soyqırımına həsr olumuş silsilə mühazirələr oxunur.
25 fevral 2014 | 09:30
Heydər Əliyev Mərkəzində Xocalı soyqırımının iyirmi ikinci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilir.
Tədbirlərdə rayonun ümumtəhsil məktəblərinin şagirdləri iştirak edirlər. “Xocalı haraya səsləyir bizi” mövzusunda oxunan mühazirədə şəhər 3, “İyirminci əsrin ən böyük faciəsi” mövzusunda oxunan mühazirədə isə şəhər 4 saylı tam orta məktəblərin şagirdləri və müəllimləri iştirak etmişlər.
Sonda şagirdlərə faciəni əks etdirən mövzu materialları paylanılmışdır.