Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Mədəniyyətimizin beşiyi Şuşa adlı tədbir keçirilib

14 aprel 2022 | 04:00

2022 -ci ilin ölkəmizdə "Şuşa ili" elan edilməsi ilə əlaqədar Qəbələ rayon Heydər Əliyev Mərkəzində Şuşa rayon 24 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivinin və Qəbələ şəhər Uşaq İncəsənət Məktəbininin şagirdlərinin iştirakı ilə "Mədəniyyətimizin beşiyi Şuşa" adlı tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan mərkəzin direktoru Fuad Qasımzadə Prezident İlham Əliyevin Azərbaycan Respublikasında 2022 - ci ilin "Şuşa ili" elan edilməsi haqqında Sərəncamın mühüm siyasi və tarixi əhəmiyyət kəsb etdiyini vurğulamış və bu qərarın verilməsi ilə  xalqımızın tarixi və mədəni dəyərlərinə xüsusi diqqətin, böyük ehtiramın göstərildiyini qeyd etmişdir. Çıxış edənlər Şuşa şəhərinin yaranma tarixindən, "Şərqin konservatoriyası" adlandırılan, Azərbaycanın tarixi mədəniyyət mərkəzi olan Şuşa şəhərinin yetişdirdiyi görkəmli musiqi xadimlərindən söhbət açmışlar. Şuşa rayon 24 nömrəli tam orta məktəbin direktoru Səbinə Gözəlova ən qısa zamanda öz torpaqlarına qayıtmaq,  bu səpkidə tədbirlərə Şuşada ev sahibliyi etmək arzusunda olduqlarını bildirdi. Tədbir məktəblilərin ifasında rəqs, şeir və mahnilarla davam etdirilmişdir.

 

Keçidlər