Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Narkomaniya əsrin bəlasıdır” adlı tədbir keçirilib

14 aprel 2022 | 07:00

13.04.2022-ci il tarixində Qəbələ Rayon İcra Hakimiyyətinin dəstəyi, Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə  “Narkomaniya əsrin bəlasıdır”  adlı tədbir  keçirilib. Tədbirdə Qəbələ Rayon İcra Hakimiyyətinin, Rayon Polis Şöbəsinin, Rayon Təhsil Şöbəsinin, UADM-nin nümayəndələri və Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin  müəllim və tələbələri iştirak edib. Tədbirdə  narkomaniyanın insan sağlamlığına vurduğu zərərlərdən, onun törətdiyi fəsadlardan, son nəticədə insanları məhvə doğru aparmasından danışılıb. Çıxış edənlər gənclərin, yeniyetmələrin, məktəblilərin bu bəladan uzaq olmasının yolları haqqında məlumat vermişlər. Tədbir qarşılıqlı müzakirə şəkilində aparılmış, iştirakçılara mövzu ilə əlaqədar  bukletlər paylanılmışdır.

 

Keçidlər