Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə regionlararası maarifləndirici tədbir keçirilmişdir

15 aprel 2022 | 16:00

15 aprel 2022-ci il tarixdə Qəbələ Mədəniyyət Mərkəzində Azərbaycan Respublikası Fövqəladə Hallar Narzirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Baş Prokurorluğun, Ədliyyə Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin, “Azəriqaz” İstehsalat  Birliyinin və Qəbələ Rayon İcra Hakimiyyətinin iştirakı ilə ölkə ərazisində yanğınlara qarşı qabaqlayıcı tədbirlərin səmərəliliyini artırmaq məqsədilə regionlararası maarifləndirici tədbir keçirilmişdir. Aidiyyəti nazirlik, qurum və regional idarələrin rəhbərlik nümayəndələrinin, eləcə də region üzrə yerli icra hakimiyyətləri əməkdaşlarının, inzibati ərazi dairələri üzrə icra nümayəndələrinin,  bələdiyyə sədrlərinin və fermerlərin iştirak etdiyi tədbirdə ölkə ərazisində yanğınlara qarşı qabaqlayıcı tədbirlərin səmərəliliyini artırmaq məqsədilə maarifləndirici məlumatlar və tövsiyələr verilmişdir.

Keçidlər