Vətən müharibəsi şəhidlərinin ailə üzvləri ilə görüş keçirilmişdir
16 aprel 2022-ci il tarixdə Qəbələ Mədəniyyət Mərkəzində Qəbələ Rayon İcra Hakimiyyəti başçısı və hüquq-mühafizə orqanlarının, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ Rayon Şöbəsinin rəhbərləri ilə Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin görüşü keçirilmişdir. Tədbirdə çıxış edənlər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan Zəfərdən, Azərbaycan Ordusunda döyüşən oğulların qəhrəmanlıqlarından, şəhid ailələrinə göstərilən dövlət qayğısından danışmış, şəhidlərə Allahdan rəhmət, onların valideyinlərinə səbr diləmiş, qazilərə can sağlığı arzulamışlar. Daha sonra valideynlər dinlənilmiş, mövcud problemlər müzakirə edilmiş və qaldırdıqları məsələlərin bir qismi yerindəcə həll edilmiş, digərlərinin həlli üçün aidiyyəti üzrə tapşırıqlar verilmişdir. Sonda Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamları ilə Vətən müharibəsində göstərdikləri igidliyə görə təltif edilmiş Vətən müharibəsi şəhidlərinin medalları ailə üzvlərinə təqdim olunmuşdur. Tədbirdə iştirak edən şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.