Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə Vətən müharibəsi qaziləri ilə görüş keçirilmişdir

19 aprel 2022 | 03:00

Qəbələ Dövlət Peşə Tədris Mərkəzində “Mərhəmət” Kimsəsizlərə Yardım İctimai Birliyi tərəfindən “Vətən müharibəsində qanı bahasına mübarizə aparmış qazilərə dəstək” layihəsi çərçivəsində tədbir keçirilmişdir. Dövlət Sosial Müdafiə Fondu Publik Hüquqi şəxsin Qəbələ Rayon filialının, Dövlət Məşğulluq Agentliyinin 11 saylı Regional Ərazi Məşğulluq Mərkəzinin Qəbələ rayon şöbəsinin, Qəbələ Rayon Qarabağ müharibəsi əlilləri və veteranları şurasının, Qızıl Aypara Cəmiyyətinin Qəbələ Rayon Şöbəsinin nümayəndələrinin və qazilərin iştirak etdiyi tədbirdə çıxış edənlər  Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qələbəsi və postmüharibə dövründə dövlət tərəfindən görülən işlər və Qəbələdə şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına göstərilən qayğıdan bəhs etmişlər. Tədbir sual-cavab şəklində davam etdirilmişdir. Sonda Vətən müharibəsi qaziləri dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.

Keçidlər