Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Tariximizin daş yadigarları” adlı tədbir keçirilib

19 aprel 2022 | 08:00

18 aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar Qəbələ rayon Mədəniyyət Mərkəzi Qəbələ Dövlət Tarix-Bədii Qoruğu ilə birgə “Tariximizin daş yadigarları” adlı tədbir keçirmişdir. Qəbələ Arxeoloji Mərkəzində keçirilən tədbirdə Mədəniyyət və Arxeoloji Mərkəzlərin əməkdaşları, Çuxur Qəbələ kəndinin yeniyetmə və gəncləri iştirak etmişlər. Çıxış edənlər Şərqin güclü və qədim dövlətlərindən olan Qafqaz Albaniyasının paytaxtı statusunu 900 il daşımış Qəbələnin tarixindən, burada aparılan arxeoloji tədqiqatlardan danışmışlar. Tədbir zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2022-ci ilin – “Şuşa ili” elan olunması çərçivəsində Arxeoloji Mərkəzdə Şuşa tarixi abidələrinin fotoşəkillərindən ibarət təşkil olunmuş sərgiyə və Arxeoloji Mərkəzin ekspozisiya zalındakı tarixi eksponatlara baxış keçirilmişdir. Sonda Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən “Gülbuta” və “Zopu-Zopu” etnoqrafik folklor qrupları rəngarəng konsert proqramları ilə çıxış etmişlər.

 

Keçidlər