Rayonun Çuxur Qəbələ kəndində səyyar qəbul keçirilmişdir
Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevin Çuxur Qəbələ kənd sakinləri ilə səyyar qəbulu keçirilmişdir. Rayonun hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərlərinin və kənd sakinlərinin iştirak etdiyi qəbulda RİH-nin başçısı ölkəmizdə qazanılan uğurlardan, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə rayonumuzda aparılan quruculuq işlərindən və qarşıda duran vəzifələrdən ətraflı danışmışdır. Sonra kənd sakinləri dinlənilmiş, vətəndaşlar əhalinin rifahının daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən islahatlara görə ölkə başçısına dərin minnətdarlıqlarını bildirmişlər. Səyyar qəbulda sakinləri narahat edən sosial problemlər müzakirə edilmiş, həlli istiqamətində RİH-nin başçısı tərəfindən əlaqədar təşkilatların rəhbərlərinə lazımi tapşırıq və göstərişlər verilmişdir.