Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ Rayon İcra Hakimiyyətində Xocalı soyqırımının iyirmi ikinci ildönümünə həsr olunmuş anım tədbiri keçirilmişdir.

27 fevral 2014 | 16:00

Rayon icra hakimiyyətində ictimaiyyət nümyəndələrinin, ziyalıların və ağsaqqalların Xocalı soyqırımının iyirmi ikinci ildönümü ilə əlaqədar Qəbələdə məskunlaşan Xocalı ailələri ilə görüşü və qətliamda həlak olanların xatirəsinin anım mərasimi keçirilmişdir.
Tədbirdə RİH-nin başçısı cənab Səbuhi Abdullayev 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə erməni vandallarının Xocalı şəhərində törətdikləri bəşəriyyət tarixinə ən qəddar və amansız qətliam kimi yazılmış “Xocalı soyqırımı” barədə ətraflı məruzə etmişdir.
Natiq Ermənistanın Cenevrə Konvesiyasının protokollarını pozaraq, müharibə qaydalarına zidd olan vəhşiliklə dinc sakinlərə divan tutduğunu, onlara qarşı soyqırım həyata keçirdiyini, 7 min əhalisi olan Xocalı şəhərini tamamilə dağıdaraq viran qoyduğunu mərasim iştirakçılarına xatırlatmışdır.
Cənab Səbuhi Abdullayev Xocalı soyqırımının dünya birliyinə tanıdılması istiqamətində ölkə başçısı möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən aparılan ardıcıl, məqsədyönlü siyasətin, eləcə də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanılmış “Xocalıya ədalət” beynəlxalq təbliğat kompaniyasının səmərəli nəticələr göstərdiyini qeyd etmiş, artıq soyqırımın bir çox dövlətlər və İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı tərəfindən tanındığını və faciəyəyə hüquqi-siyasi qiymət verilməsinə başlanıldığını bildirmişdir.
Daha sonra Xocalıların, eləcə də öz yurd-yuvalarından didərgin düşmüş bütün soydaşlarımızın dövlət qayğısı ilə əhatə olunduğunu vurğulayan məruzəçi, bütün köçkünlərin sosial yardım proqramlarına cəlb edilməsi, onların məşğulluğunun diqqətdə saxlanılması, imtiyazlı şəxslərin müavinət və təqaüdlərlə təmin olunması, ali məktəblərə ödənişli əsaslarla qəbul olunanların ödənişdən azad edilməsi, işğal altındakı bölgələrdə ev-eşiklərini itirmiş vətəndaşlarımızın həyat və mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində dövlət başçısı tərəfindən həyata keçirilən işlərin daha da gücləndirildiyini demişdir.
Yekunda RİH başçısı Azərbaycanın bu gün iqtisadi və hərbi potensialının güclü olduğunu diqqətə çatdırmış, torpaqlarımızın azad edilməsi və qələbə gününün çox da uzaqda olmadığını mərasim iştirakçılarına söyləmişdir.
Anım mərasimində Xocalı sakinləri Kamal Məmmədov, Qiyas Əhmədov, Qızıl Aypara Cəmiyyəti rayon təşkilatının sədri Sədaqət Bayramova, Qəbələ ictimaiyyətinin nümayəndəsi Qüdrət Səmədov və Şuşa şəhərindən olan məcburi köçkün Əhəd Həsənov çıxış etmişlər.

Keçidlər